Accessibility links

Braziliyalı model Jizel Bundhen xərçəng xəstəliyi tutmuş bir qızın arzusunun gerçəkləşməsində rol oynayıb


Braziliyalı model Jizel Bundhen xüsusi bir qızın arzusunun gerçəkləşməsində rol oynayıb.

Boston şəhərində yaşayan Karina Moreira sümük xərçəngi diaqnozu qoyulmuş yeniyetmə qızdır. Karina da Jizel kimi əslən braziliyalıdır.

Jizel Bundhen Karinanın anasından qızın xəstəliyi haqda xəbər tutduqda, özünün kosmetikaları ilə Karinanın yaşadığı evə gəlib. Həmyerlilər söhbət edib, kosmetika ilə biri-birini bəzəyiblər.

Məşhur modeli evində görən Karinanın təəccübünün həddi-hüdudu olmayıb. Qızlar bərabər yaxşı vaxt keçiriblər. Karina Jizelin ona nə olursa-olsun daim pozitiv olmağı məsləhət gördüyünü deyib.

Bərabər çəkdirdikləri şəkili özünün İnstagram veb səhifəsində paylaşan Jizel bu sözləri yazıb: “Sən cəngavərsən, pozitivlik və cəsarət rəmzisən. Mən sənin üçün dua edəcəm ki, Tanrı sənə məhəbbət və işıq bəxş etsin.”

Jizel xüsusilə Karina üçün pozitivliyin mühüm olduğunu vurğulayıb. Və göründüyü kimi Jizelin bu diqqəti Karinanı çox sevindirib.
XS
SM
MD
LG