Accessibility links

Jurnalistlərin Müdafiəsi Komitəsinin bu gün açıqlanan hesabatında bildirilir ki, Çin, İran və Eritriyada həbs edilən jurnalistlərin sayı olduqca yüksəkdir. Ötən il dekabrın 1-dək 34 nəfər həbs edilmişdisə, bu ilə 179 yazar, redaktor və foto-müxbir nəzarət altındadır. Komitət İranda 42 jurnalitin dəmir barmaqlılarda saxlandığını bildirir. Eritriyada 28, Çində 24, Birmada 12, Vyetnamda isə 9 jurnalist həbsdədir. Jurnalistlərin Müdafiəsi Komitəsi həbsdə olan jurnalistlər siyahısında kriminal dəstələr və yaraqlı qruplar tərəfindən ələ keçirilən jurnalistlərin yer almadığını bildirir.

XS
SM
MD
LG