Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı tənqid edib


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi

Qurum diffomasiyaya görə cinayət cəzasını internetə də aid edilməsindən, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunun qəbulundan narahatdır

2014-cü ildə Avropa Şurasında sədrliyə hazırlaşan Azərbaycanın prezidenti İlham Əliyevin avtoritar rejimi ölkədə mətbuat azadlığını utanmadan tapdalamaqda davam edir. Bu barədə Mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Sənədə görə Azərbaycan hakimiyyəti İnternetdə (web) ifadə azadlığını hədəfə alıb, tənqidi səsləri boğur, jurnalistləri uzunmüddətli həbslərə atır.

Yerli jurnalistlərdən birinin mükafatını almaq üçün Norveçə gedə bilmədiyini xatırladan təşkilat, onlarla xarici jurnalistin persona non-qrata elan edildiyini vurğulayıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı iqtidaryönlü medianın apardığı kampaniya cəzasız qalıb.

İlham Əliyev yerli və beynəlxalq təşkilatların narazılıqlarına baxmayaraq, diffomasiyaya görə cinayət cəzasını İnternetə də aid edib, daha sonra qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyətini məhdudlaşdıran əlavə və dəyişikləri qəbul elətdirib.

Avropa Komissiyasının prezidenti José Manuel Barroso İlham Əliyevin 2013-cü ilin iyununda Brüsselə səfəri zamanı ölkədəki insan haqları və mətbuat azadlığı pozuntularına görə hesabat tələb etmək əvəzində, ona dəstək təklif edib

Mərkəzi Seçki Komissiyası müxalifətin namizədi Rüstəm İbrahimbəyovun qeydiyyatından imtina etdikdən sonra oktyabr ayında avtoritar lideri üçüncü müddətə yenidən prezident seçib.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə söz azadlığının, o cümlədən internetdən azad istifadəni təmin etdiyini bəyan edib. Azərbaycan prezidenti İlham Əliyev də internetə hər hansı məhdudiyyət tətbiq edilməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG