Accessibility links

ABŞ vitse-prezidentinin Asiyaya səfəri davam edir


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Cənubi Asiya ölkələrinə dörd günlük səfərinin ikinci günü Hindistanın maliyyə paytaxtı Mumbay şəhərindədir. Vitse-prezidentin səfərinin məqsədi Amerika ilə Cənubi Asiya ölkələri arasında diplomatik və ticari əlaqələri genişləndirməkdir.

Səfəri əsnasında cənab Bayden Bombey Mübadilə Birjasında çıxış edəcək. O, eyni zamanda biznes liderləri ilə dəyirmi masa arxasında müzakirələr aparacaq.

ABŞ vitse-prezidenti Sinqapura iki günlük səfərindən əvvəl Mumbay şəhərində qadınların səlahiyyətlərinin genişləndirilməsi dair tədbirdə iştirak edəcək.

O, artıq Dehli şəhərində baş nazir Manmohan Sinh və Hindistanın siyasi liderləri ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG