Accessibility links

Con Kerri Azərbaycan və Erməntistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb


Senator Con Kerri
Senator Con Kerri

Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub

ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinin 19 noyabr Vyana görüşü ərəfəsində onlarla telefon söhbəti edib.

ABŞ Dövlət Departamentinin rəsmi saytının məlumatına görə, bu barədə C. Kerri və Əhməd Davudoğlu noyabrın 18-də görüşlərindən sonra keçirdikləri mətbuat konfransında bildirib.

“Çalışacağıq ki, nizamlanma prosesini irəlilədək və səylərimizi davam etdirək”, - Con Kerri vurğulayıb.

Nizamlanma işində Türkiyənin böyük rolunu qeyd edən dövlət katibi bu mövzunu Əhməd Davudoğlu ilə müzakirə edib.

Öz növbəsində Türkiyə xarici işlər naziri deyib ki, Kerri ilə görüş zamanı Kipr probleminin və Qarabağ münaqişəsinin nizamlanması üçün bir neçə mexanizm nəzərdən keçirilib.

“Ümid edirik ki, bu dondurulmuş münaqişə tezliklə həll ediləcək və Qafqaz regionuna sülh, çiçəklənmə gətirəcək. Şadam ki, ABŞ və Türkiyə bu problemə eyni perspektivdən baxır. Ümid edirik ki, Əliyev-Sarkisyan görüşü uğurlu olacaq”, - Ə.Davudoğlu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG