Accessibility links

Ancelina Coli Bred Pittdən boşanmağa ərizə verdikdən sonra ailə stress keçirir


People.com-a istinadən Ancelina Coli Bred Pittdən boşanmağa ərizə verdikdən sonra ailə stress keçirir.

Mənbəyə istinadən ailədə vəziyyət o dərəcəyə çatıb ki, Ancelina Coli və uşaqlar müalicə olunmağa başlayıb.

Lakin bu məlumat təstiqlənməyib. Bütün mübahisə və boşanma məsələsi Bredin şəxsi təyyarədə oğlu Maddoksa əl qaldırması ilə başlayıb. Bundan sonra aktrisa LA-də ev kirayələyib və boşanmağa ərizə verib.

Mənbə iddia edir ki, Coli uşaqlarının təhlükəsizliyini təminat altına almaq üçün bunu edib. Bred isə hadisədən narahat olub və hətta dipressiyaya düşüb. Təkcə ona görə yox ki, hər şey olmadığı şəkildə izah edilir, həm də ona görə ki, ailəyə problemi aradan qaldıraraq davam etmək imkanı verilməyib.

Sentyabrın 30-da Bred və Ancelina Bred terapevtə getdiyi müddətdə uşaqların Coli ilə qalmasına razılaşıb.

Ailə terapevti ilə yanaşı Bred və Ancelina fərdi məsləhət prosesində də iştirak edəcək, alkoqol və narkotik maddə testlərindən keçəcək.

XS
SM
MD
LG