Accessibility links

Conni Deppin qətl hadisəsi üzrə məhkəmədə şahid qismində dindiriləcəyi gözlənilir.

Məhkəmədə Conni Deppdən həqiqəti və yalnız həqiqəti deməsinə dair and içməsi tələb ediləcək.

Aktyor deyilənə görə 2009-cu ildə qadın limuzin sürücüsünün törətdiyi cinayət işinə dair məhkəmə prosesində şahid qismində iştirak etmək üçün məhkəməyə çağırılıb.

Limuzin sürücüsü 2009-cu ildə bir piyada qadını maşınla vurduqdan sonra onu 1 km Los Anceles şəhərinin mərkəzi boyu sürüyərək öldürməkdə ittiham edilir.

Bütün bunlarla Conni Deppin görəsən nə əlaqəsi var?

Qatil qadının vəkili Conninin qadının ruhi xəstə olduğunu sübut etməyə kömək etməsini istəyir. Ona görə ki, həbs edilən zaman qadın polisə Conni ilə münasibətdə olduğunu və qətl hadisəsi baş verən zaman onunla görüşə getdiyini deyib.

Conninin məhkəmə prosesində iştirak etməyə məcbur ediləcəyini bilmirik. Belə ki, Conni məhkəmə suallarına telefon vasitəsilə və ya yazılı şəkildə də cavab verə bilər.

Hekayənin digər ağılasığmaz tərəfi ondadır ki, məhkəməyə çağırış Conni Deppə “Transcendence” filminin premyerasında iştirak edən zaman təqdim edilib.
XS
SM
MD
LG