Accessibility links

Dünya boyu öldürülən jurnalistlərin sayı artır [Video]


Öldürülən jurnalistlərin sayı artır
please wait

No media source currently available

0:00 0:02:30 0:00
Birləşmiş Ştatlar Konstitusiyasının birinci maddəsi söz və mətbuat azadlığını təminat altına alır. Lakin bir çox ölkələrdə xəbrələrə və ya hökuməti tənqid edən məqalələrə görə jurnalistlər zorakılıqlara məruz qalır, hətta öldürülürlər.

Bunlar həmin o xəbərləri xalqa çatdırmaq istəyən kişilər və qadınlardır. Onlar keçən il, öz işlərini görərkən qətlə yetiriliblər. Vaşinqtondakı Newseum muzeyindəki xatirə lövhəsinə 82 yeni ad əlavə edilib.

Foto-jurnalist Əhməd İsmayıl Həssən Əl-Səmədi Bəhreyndə hökumətə qarşı keçirilən etirazları çəkərkən güllə ilə vurulub. Atası onun öldürülərkən istifadə etdiyi kameranı saxlayır. Onun qətli ilə bağlı heç kəs məhkum edilməyib.

Bu, Amerikanın Səsinin müxbiri Mükərrəm Xanın son reportajıdır. O, Pakistanda, məsciddə ibadət edərkən qətlə yetirilib.

Atif bu divarda adı həkk olunan, əsasən mətbuat azadlığı olmayan və müharibə gedən ölkələrdə öldürülən 2200 jurnalist sırasındadır. Keçən il Suriya ən çox jurnalistin öldürüldüyü ölkə olub. Burada təkcə bir ildə 29 jurnalist öldürülüb.

NBC kanalının müxbiri Riçard Engel təhlükələrdən xəbərdardır. O və onun iş yoldaşları keçən il Suriyada girov götürülmüşdü və onlar 5 gündən sonra azad edilmişdilər. “Ölkədə bəzi ərazilərə bir qruplaşma, başqalarına isə digər silahlı dəstə nəzarət edir. Paytaxt hökumət qüvvələrinin əlindədir. Ama yerdə qalan ərazilərdə kmin hara nəzarət etdiyi aydın deyil. Güman edirəm ki, gələn il də Suriya bu siyahıda geniş tərkibdə təmsil olunacaq.”

Keçən il jurnalistlər üçün təhlükəli ölkələrdən ikincisi Somali oldu ki, orada 12 jurnalist qətlə yetirilmişdi. Bindan sonrakı yerlərdə isə Pakistan və Braziliya gəlir.

Riçard Engel həmin jurnalistlərin sevdikləri iş uğrunda, masa arxasında deyil, əllərində qələm, ayaqlarında çəkmə öldüklərini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG