Accessibility links

Birləşmiş Ştatlarda müstəqillik günü qeyd edilir. İyulun 4-ü Amerikanın İstiqlal Bəyannaməsinin 237-ci ildönümüdür.

ABŞ vətəndaşları bu günü ənənəvi olaraq atəşfəşanlıq, parad, piknik və konsertlərlə qeyd edir.

Ötən il universal azadlıq və demokratiya rəmzi olan Azadlıq heykəli Nyu-York şəhərində Sendi qasırğasından sonra bu gün ilk dəfə ziyarətçilər üçün açılıb.
93 metr hündürlüyündə heykəl qasırğa zamanı zədələnməmişdi. Lakin heykəlin yerləşdiyi kiçik ada qasırğa zamanı dağılmışdı.

ABŞ prezidenti Barak Obama 4 iyul münasibətilə mesajında İstiqlal Bəyannaməsində göstərilmiş prinsipləri əsas tutaraq yaşamağa çağırıb. "1776-cı ildə vətənpərvərlərdən ibarət kiçik bir qrup bizim bərabər yaradılmışıq-istədiymiz şəkildə düşünmək, dini ayinləri icra etmək və yaşamaqda azadıq. Bu bəyannaməni bütün dünya eşitdi"-deyə perzident Obama bildirib.

Vaşınqton şəhərinin Milli Parkında hər il olduğu kimi 4 iyul günü münasibətilə təntənələr keçirilir. İyulun 4-dü konsertdən sonra atəşfəşanlıq paytaxtın səmasını işıqlandıracaq.
XS
SM
MD
LG