Accessibility links

Jan-Klod Yunker Avropa İttifaqına üzv ölkələri birliyə çağırıb


Avropa Komissiyasının lideri Jan-Klod Yunker Avropa İttifaqındakı çıxışında Şərqi və Qərbi Avropa ölkələrini birliyə çağırıb. Britaniya Avropa İttifaqından çıxmağa səs verdikdən sonra yerdə qalan üzv ölkələr arasında gərginlik vüsət alıb.

Yunker davam etməkdə olan qaçqın böhranı səbəbindən ölkələrdə millətçilik hissinin artmasını da diqqətə çatdırıb. O, qaçqın böhranının aradan qaldırılmasının mühüm olduğunu, amma bu istiqamətdə əməkdaşlığın kifayət qədər olmadığını bildirib.

Brexit-ə gəldikdə isə Yunker deyib ki, britaniyalıların Avropa İttifaqından çıxmasına baxmayaraq Britaniya ilə dostluq münasibətləri qorunub saxlanmalıdır. Lakin o, xəbərdarlıq edib ki, qurumdan çıxdıqdan sonra Britaniya İttifaqın imkanlarından əvvəlki qədər istifadə edə bilməyəcək.

Yunker Britaniyanı İttifaqdan çıxmaq üçün müzakirələrə qısa zamanda başlamağa çağırıb ki, hər iki tərəf öz yoluna davam edə bilsin.

Britaniyalılar iyunda Avropa İttifaqından çıxdıqdan sonra liderlər birlikdən gələn bürakratiyanın azaldılmasını və mərkəzləşdirilmiş hakimiyyətin möhkəmləndirilməsini dəstəkləyən bir neçə şərq ölkələri ilə münasibətlərin sabitləşməsinə çalışır.

Dünən Lüksenburqun xarici işlər nazirinin qaçqınlarla "heyvan" kimi rəftar etdiyinə görə Macarıstanın Avropa İttifaqından çıxarılması çağırışı ölkələr arasında fikir ayrılığını bir daha vurğulayıb.

XS
SM
MD
LG