Accessibility links

Moskva məhkəməsi Rusiyanın məşhur xəbər portallarından birinin lisenziyasını ləğv edib. Buna səbəb Rosbalt xəbər agentliyinin Pussy Riot qrupunun klipi də daxil olmaqla, tərkibində nalayiq sözlərin olduğu videoları yayımlaması olub. Hazırda Pussy Riot qrupunun iki üzvü İsa Məsih Kilsəsində prezident Vladimir Putinə qarşı icazəsiz “punk duası” etdiyiniə görə həbsdədir.

Rosbalt xəbər agentliyini media qanunlarını pozmaqda ittiham edən Rusiyanın mediaya nəzarət agentliyi olan Roskomnadzorun qərarını Moskva şəhər məhkəməsi qüvvədə saxlayıb.

Rosbalt bildirir ki, onlar videolarda nalayiq sözlərin işlədildiyi yerdə siqnal səsi veriblər və bu yay agentliyin xəbərdarlığından sonra videoları ümumiyyətlə internet saytdan çıxarıblar.

Xəbər agentliyi məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Moskva Jurnalistlər Şurasının rəhbəri Pavel Qusev məhkəmə qərarını çox təhlükəli presedent adlandırıb.

Sərhədsiz Reportyorlar təşkilatı da qərarı Rusiyada informasiya azadlığı üçün həddən artıq təhlükəli presedent olaraq qələmə verib.

Parisdə yerləşən mətbuat azadlığına nəzarət edən təşkilat Rusiya ədliyyə sistemini Apellyasiya Məhkməsində qərarı ləğv etməyə çağırıb.
XS
SM
MD
LG