Accessibility links

Jurnalist Rasim Əliyevin "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü haqda xəbər verilir. Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist hal-hazırda 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

"Qəbələ" və Kiprin "Apollon" komandaları arasında oyundan sonra keçirilən mətbuat konfransında kiprli jurnalist futbolçuya qaldırdığı Türkiyə bayrağı ilə sual verib. Futbolçu ingilis dilində "türklər mənim dostumdur" deməklə yanaşı, deyilənə görə əli ilə ədəbsiz jest göstərib.

Rasim Əliyev Facebook səhifəsində buna münasibət bildirərək futbolçunu tənqid edib.

XS
SM
MD
LG