Accessibility links

Amerikalı jurnalist sənədli filmdə Suriyada əsir həyatını təsvir edir


Jurnalist Teo Padnos

Jurnalist Teo Padnos

2012-ci ildə müstəqil jurnalist Teo Padnos vətəndaş müharibəsini işıqlandırmaq üçün Suriyaya gedib və orada dərhal Əl-Qaidənin bir qolunun üzvləri tərəfindən oğurlanıb.

Ərəb dilində danışa bildiyi üçün Padnosun Mərkəzi Kəşfiyyat Agentliyinin işçisi olduğuna inan qrup əslən Massaçusets ştatından olan Padnosu 2014-cü ilin avqustunda buraxanadək iki ilə yaxın girov saxlayıb.

Mən mənəvi baxımdan bir səhayət etdim. Bu səyahət mən və ailəm üçün qorxunc idi. Amma indi geriyə baxanda, görürəm ki, bunu həyat mənə verib və mən bundan öyrəndiklərimi müsbət faydalara çevirmək istəyirəm

İndi Padnos sentyabrın 30-da Kembricdə ekrana çıxacaq "Yaşayan Teo" adlı sənədli filmdə yaşadıqlarını təsvir edir.

Paris və Vermontda yaşayan 47 yaşlı Padnos Associated Press-ə xilas olunduğu üçün minnətdar olduğunu deyir.

Bu hadisə təkcə onun həyata baxışını dəyişməyib, həm də ona Suriya münaqişəsi ilə bağlı perspektiv qazandırıb və o bu perspektivi paylaşmağın vacib olduğunu düşünüb.

Padnos hazırda təcrübələrinə əsaslanan qeyri-bədii kitab, pyes və roman üzərində işləyir. O, azad ediləndən sonra əsirliliyi barədə Nyu York Times qəzetində yazıb və jurnalist kimi regionla bağlı yazmağa davam edir.

"Mən mənəvi baxımdan bir səhayət etdim. Bu səyahət mən və ailəm üçün qorxunc idi," deyə Padnos ailəsinin Vermontdakı yay evindən bildirib. "Amma indi geriyə baxanda, görürəm ki, bunu həyat mənə verib və mən bundan öyrəndiklərimi müsbət faydalara çevirmək istəyirəm."

Filmdə Padnos 22 aylıq əsirliliyi boyu Türkiyə və İsraildə tutulduğu yerlərə geri dönür. Film komandası heç bir zaman Suriyaya ayaq basmayıb. Padnos əsirlilik həyatını film ekipajının onun üçün hazırladığı döyüldüyü, işgəncələr gördüyü həbsxana hücrəsini yamsılayan yerdə təsvir edir.

Suriya-Türkiyə sərhədində, o, yoldaşlarının ona qaçıb, onları Suriyadan ayıran məftil hasardan atılmasını dediklərini xatırlayır.

Teo Padnos

Teo Padnos

Bu anı Padnos sonradan dəfələrlə gözünün önündə canlandırıb.

Azad Suriya Ordusunu təchizatlarla təmin etdiklərini iddia edən üç kişi onu sərhəddən keçirməyi təklif edib. Amma əslində onlar Əl-Qaidəyə bağlı militantlar olub.

Onlar Padnosla saxtya dindirmə aparıblar, onu döyüblər və sərhədi keçəndən qısa müddət sonra girov götürüblər.

Padnos həmçinin bir sıra uğursuz qaçış cəhdlərini xatırlayır. Bir dəfə onun hücrə yoldaşı, amerikalı fotojurnalist Metyu Şrayer dar türmə pəncərəsindən qaça bilib,Padnos isə yox.

Rejissor Deyvid Şisqal deyir ki, Padnosun hekayəsi cihadçı qrupun içində olub, regionun dili və mədəniyyətini dərindən başa düşən bir şəxs tərəfindən oradakı həyatın çox nadir təsvirlərindən biridir.

Onun onu əsir tutanlarla qurduğu yaxınlıq çox maraqlı idi. Bu, amerikalılar üçün çox vacib mesajdır ki, onlar həm təhlükəli, eyni zamanda isə bu çox adi insanları mürəkkəb şəxslər kimi görə bilsinlər.

Girov götürülməzdən illər öncə Yəmən və Suriyada Ərəb dili və İslamı öyrənən Padnos onu əsir götürənlərin bəziləri ilə etimad və dostluq əlaqələri qura bilib.
Əsir həyatının sonuna doğru, ona daha çox azadlıqlar verilib və o hətta o zaman Əl-Qaidənin Suriya qolu olan Əl-Nusra Cəbhəsinin ali komandiri ilə şəxsən səfərə gedib.

"Onun onu əsir tutanlarla qurduğu yaxınlıq çox maraqlı idi. Bu, amerikalılar üçün çox vacib mesajdır ki, onlar həm təhlükəli, eyni zamanda isə bu çox adi insanları mürəkkəb şəxslər kimi görə bilsinlər," deyə Şisqal bildirir."

XS
SM
MD
LG