Accessibility links

İki jurnalist saxlanılıb - sonra azad buraxılıb (Yenilənib)


Aytac Əhmədova

Aytac Əhmədova

Jurnalistlər Aytac Əhmədova və İlqar Vəliyev Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb və sonra azad buraxılıb.

"Orada bizə şifahi xəbərdarlıq etdilər ki, polis idarəsinin ərazisində çəkiliş aparmaq olmaz. Kadrları siləndən sonra mobil telefonumu qaytardılar və bizi azad buraxdılar", jurnalist Aytac Əhmədova Amerikanın Səsinə bildirib.

***

Avqustun 18-də saxlanılan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərlə bağlı Bakı Baş Polis İdarəsinin qarşısında çəkiliş aparan jurnalistlər Aytac Əhmədova və İlqar Vəliyev saaxlanılıb. Bu barədə Turana hazırda Bakı çəhər Baç Polis İdarəsinin qarşısında olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli bildirib.

İlqar Vəliyev( Foto İlqar Vəliyevin facebook səhifəsindən götürülüb)

İlqar Vəliyev( Foto İlqar Vəliyevin facebook səhifəsindən götürülüb)

“Əvvəlcə jurnalist Aytac Əhmədovanın çəkiliş apardığı mobil telefonunu aldılar, sonra isə həır iki jurnalisti polis avtomobilinə oturdaraq polis bölməsinə apardılar”, o qeyd edib.

Rəsmi qurumlar jurnalistlərin saxlanması ilə bağlı hələ münasibət bildirməyib.

XS
SM
MD
LG