Accessibility links

Jurnalisti döyən şəxs tutulub


Fərahim İlqaroğlu (Foto musavat.com saytından götürülüb)

Fərahim İlqaroğlu (Foto musavat.com saytından götürülüb)

Yeni Müsavat qəzetinin müxbiri Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb

Bakı Şəhər Baş Polis İdarəsi jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilib ki, ötən gün axşam saatlarında Nizami rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayədə yaşayan Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında saxlayıblar.

Hazırda polis F. İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri aparır.

"Yeni Müsavat" qəzetinin reportyoru Fərahim İlqaroğlunu aprelin 25-də yaşadığı binanın girəcəyində döyüblər. Döyülmə anını reportyorun avtomobilindəki video kamera qeydə alıb.

Bu hadisə ilə bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG