Accessibility links

Bir qrup jurnalist Xədicə İsmayılovanı müdafiə məqsədi ilə aksiya keçirməyə cəhd edib

Avqustun 2-də bir qrup qadın jurnalist Xədicə İsmayılovaya dəstək aksiyası keçirməyə cəhd edib. Aksiyanın təşəbbüsçüsü Facebook sosial şəbəkəsində “Xədicəyə dəstək” qrupudur.

Qadın jurnalistlər metronun Nizami stansiyasının qarşısından Fəvvarələr bağına doğru istiqamət götürmək istəyib. Onlar Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılovanın müdafiəsi məqsədi ilə “Xədicə ilə fəxr edirik!”, “Xədicə + Büdcə = Araşdırma!” yazılmış posterləri götürüb.

Bu zaman polis həm aksiya iştirakçılatrını, həm aksiyanı işıqlandıran bütün jurnalistrləri avtobusa mindirərək polis bölməsinə aparıb.

Son günlər iqtidara yaxınlığı ehtimal olunan bir sıra saytlarda Xədicə İsmayılovanın şəxsi həyatı ilə bağlı gizli çəkilmiş videolar yayılıb. Jurnalist hədələndiyini bildirib.

Azadlıq radiosu jurnalistə qarşı təzyiqlərə son qoyulması və günahkarların tapılıb cəzalandırılması ilə bağlı bəyanatla çıxış edib.
XS
SM
MD
LG