Accessibility links

Parisdə dərc olunan satirik jurnal Çarli Hebdoya hücumdan bir il sonra Sərhədsiz Reportyorlar təşkilatı cihadçılığı mətbuat azadlığına qarşı dünyanın ən pis yırtıcılarından biri adlandırıb.

Parisdə yerləşən qeyri-hökumət təşkilatının yayımladığı hesabat “jurnalismə qarşı cihad” adlanır. Hesabatda İŞİD, Boko Haram və Əl-Şabab kimi İslamçı militant qrupların jurnalistləri susdurmaq və hədə-qorxu gəlməklə yanaşı cəmiyyəti repressiyaya məruz qoyduğu deyilir.

Keçən il yanvar ayının 7-də Şərif və Səid Kouaçı qardaşları Çarli Hebdonun Parisdəki ofisinə hücum edərək səkkiz nəfəri öldürmüş və dördünü yaralamışdı. Əl-Qaidanın Ərəbistan Yarmadasındakı qolu hücumla bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

Çarli Hebdoya hücum göstərdi ki, biz qlobal təhdidlərin mövcud olduğu dövrə qədəm qoyuruq. Jurnalistləri qorumaq mümkün olmayacaq. Dünyada yaşayan insanları da. Taki, dövlətlərin də dəstəklədiyi nifrət ideologiyasının qarşısı alınmayanadək. Azad və müstəqil mediaya xidmət gələcək insanlıq üçün həqiqətən də çətindir

Çarli Hebdoya hücum göstərdi ki, biz qlobal təhdidlərin mövcud olduğu dövrə qədəm qoyuruq. Jurnalistləri qorumaq mümkün olmayacaq. Dünyada yaşayan insanları da. Taki, dövlətlərin də dəstəklədiyi nifrət ideologiyasının qarşısı alınmayanadək. Azad və müstəqil mediaya xidmət gələcək insanlıq üçün həqiqətən də çətindir,” deyə Sərhədsiz Reportyorlar təşkilatının baş katibi Kristofe Deloir bildirir.

Jurnalistləri Müdafiə Komitəsinin keçən həftə açıqladığı məlumata əsasən keçən il həlak olan 69 jurnalistin 28-40 faizi İslam Dövləti qrupu və ya Əl-Qaida tərəfindən öldürülüb.

Sərhədsiz Reportyorlar təşkilatının “mətbuat azadlığı barometri” göstərir ki, həbsdə hazırda 154 jurnalist var.

Təşkilatın yeni hesabatı cihadçıların jurnalistlərə qarşı duyduğu nifrətilə yanaşı mətbuat azadlığının qarşısı alınma cəhdlərini və radikal İslam propaqandası təşviqlərini araşdırır.

Hesabatda İslam Dövləti qrupunun jurnalistlər haqda 11 qanunu da yer alır. Qanunlardan birincisi xəlifəyə biət etməkdir. “Qanunlar jurnalistlərin İslam dövlətlərinə qarşı döyüşən ölkələrin TV kanallarında işləməsinə qadağa qoyur və onların hər hansı xəbəri yayımlamazdan əvvəl İŞİD-in media ofisindən icazə almasını tələb edir,” deyə RSF təşkilatı bildirir.

Qanunları pozanlar həbslərlə, oğurlanmaqla və qətllərlə üzləşir.

Yanvarın 6-da Çarli Hebdo bir milyon nüsxə xüsusi buraxılış yayımlamağı planlaşdırır. Jurnalın üz qabığında saqqallı fiqur çiynində avtomat silahla yer alır. Başlıq belə gedir: “Qatil hələ də ordadır”.

Çarli Hebdo hücumundan sağ qalan jurnalist bildirir ki, o və digər 20 jurnalist terrorçulara qarşı mübarizədə yalnız olduqlarını hiss edirlər.

Biz ümid edirdik ki, digərləri də satiradan istifadə edəcək. Heç kim mübarizədə bizə qoşulmadı. Çünki bu təhlükəlidir. Bunu etsən, öldürülə bilərsən

“Biz ümid edirdik ki, digərləri də satiradan istifadə edəcək. Heç kim mübarizədə bizə qoşulmadı. Çünki bu təhlükəlidir. Bunu etsən, öldürülə bilərsən,” deyə jurnalın maliyyə direktoru Erik Porteoult Fransa Mətbuat Agentliyinə bildirib.

XS
SM
MD
LG