Accessibility links

Jurnalistlər Eynulla Fətullayevin həbsdən azad edilməsini tələb edir


Jurnalistlər Eynulla Fətullayevin həbsdən azad edilməsini tələb edir

Jurnalistlər Eynulla Fətullayevin həbsdən azad edilməsini tələb edir

Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 22-də jurnalistin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan hökumətinin məhkəmənin qərarından Böyük Palataya şikayəti oktyabrın 4-də baxılmamış saxlanıb. Qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və hökumət ona 27 822 avro təzminat ödənməlidir

“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev artıq 8-ci gündür ki, saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq edir. Jurnalist Avropa İnsan Haqları Məhkəməsinin onun həbsdən dərhal azad edilməsi barədə qərarının Azərbaycan hökuməti tərəfindən icra edilməsini tələb edir.

Vəkil Elçin Sadıqov Eynulla Fətullayev səhhətində hələ, problem yaranmadığını deyib. “E.Fətullayev təcridxanada ciddi müayinə edilməməsindən narazıdır”.

Jurnalistə dəstək məqsədi ilə oktyabrın 20-də başlanan aclıq aksiyası isə Müsavat Partiyasının qərargahında davam edir. Aclıq aksiyasında “Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı, “Azadlıq” qəzetinin əməkdaşı Qabil Zimistanoğlu, gənc fəal Emin Axundov iştirak edir. Növbəlilik əsasında bu gün köşə yazarı Seymur Baycanı “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı əvəz edib.
Eynulla Fətullayev 2007-ci ildə 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 22-də jurnalistin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan hökumətinin məhkəmənin qərarından Böyük Palataya şikayəti oktyabrın 4-də baxılmamış saxlanıb və məhkəmənin qərarı qüvvədədir.

Qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və hökumət ona 27 822 avro təzminat ödənməlidir.

Bu gün bir qrup hüquq müdafiəçisi də E.Fətullayevin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Hüquq müdafiəçiləri jurnalistin dərhal həbsdən azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasına yardım göstərilməsini xahiş edib.
Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Əvəz Həsənov imzalayıb.

XS
SM
MD
LG