Accessibility links

Jurnalistlər yenidən istintaqa çağrılıblar [Video]


Meydan TV-nin saxlanan əməkdaşları (Foto Facebook-dan götürülüb)

Meydan TV-nin saxlanan əməkdaşları (Foto Facebook-dan götürülüb)

Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər bir qədər öncə sərbəst buraxılmışdılar

Bu gün Meydan televiziyasının Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan əməkdaşları Sevinc Vaqifqızı, İzolda Ağayeva və Aytən Fərhadova sərbəst buraxılıb.

Sevinc Vaqifqızı Meydan.tv saytına bildirib ki, idarəyə çağırılmaqlarının məqsədi mətbuata verdikləri müsahibələr olub.

Lakin günün sonunda Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılması haqda Amerikanın Səsinə məlumat daxil olub.

Jurnalist Aytən Fərhadova Meydan TV-yə bildirib ki, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev Sevinc Vaqifqızına zəng edərək, yenidən ifadə verməyə çağırıb.

“Ancaq həmkarım Sevinc Vaqifqızı iş vaxtının bitməsi səbəbindən gələ bilməyəcəyini söyləyib. Həm də sentyabrın 18-dən 19-na keçən gecə biz tamamilə oyaq qalmışdıq deyə hələ də yorğunuq. Bu da səbəblərdən biri olub. Amma bu gün hər üçümüz idarədə olacağıq,” deyə xanım Fərhadova bildirib.

Hər üç jurnalist sentyabrın 18-də Bakı Hava Limanında Ukraynadan qayıdarkən saxlanılmışdı. Onlar 12 saatdan çox saxlanıldıqdan sonra Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini Murad Quliyev tərəfindən izahat alındıqdan sonra azad buraxılmışdı.

Jurnalistlər Mingəçevir hadisələri və Meydan televiziyasının fəaliyyəti ilə bağlı suallara cavab verib.

XS
SM
MD
LG