Accessibility links

Jurnalistlər istintaq zamanı işgəncələrə məruz qaldıqlarını bildirir


Xəyal televiziyası
Xəyal televiziyası

Baş Prokurorluq isə jurnalistlərin dediklərini təkzib edir

Bu il martın 1-də Qubada baş vermiş aksiyalarla bağlı həbs edilən, Qubadan yayımlanan “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqov üzləşdiyi qeyri-insani rəftarla bağlı mətbuata müraciət ünvanlayıb.

V.Qonaqov qeyd edib ki, saxlandığı gün yəni, martın 13-də yüksək qızdırması olmasına baxmayaraq, nə Quba rayon polis bölməsində, nə rayon prokurorluğunda yardım ala bilməyib. Bu hal martın 14-də Bakıya gətirilərək saxlandığı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində də davam edib. Əksinə, halsız olduğu üçün yataqda uzandığına görə idarə əməkdaşlarının təhqir və hədələrinə məruz qalıb.

Bundan əlavə, V.Qonaqov martın 15-də ölkənin hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən dindirilərkən də təhqirə, hədələrə məruz qaldığını nəzərə çatdırır. Saxlandığı kameranın qonşuluğunda hansısa müttəhimə işgəncə verilməsi ilə bağlı idarə rəisi Mirqafar Seyidova şikayət edib. “Əgər səhv etsən növbə sənindir” deyən idarə rəisi jurnalistə bildirib.

Martın 18-də V.Qonaqov idarə rəisi M.Seyidovun otağına aparılıb. Jurnalist hər şeyi öz xoşu ilə etiraf etməsi təhrikinə məruz qoyulub. “Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim, yoxsa əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər, heç vaxt oradan çıxmayacağam, bu hədə qorxular, təzyiqlər altında ifadə verməyə məcbur edilirdim”- V.Qonaqov bildirib.

O, martın 14-dən 18-nə kimi vəkili olmasını, ancaq bu müddətdə vəkilsiz olaraq ifadə verməyə məcbur edildiyini bildirib. Jurnalist vəkili Elçin Sadıxovla ancaq martın 28-də tanış olub. Bundan sonra “bandotdel”in rəisi və digər şəxslər V.Qonaqovu vəkil E.Sadıxovdan imtina etməyə çağırıblar. Müttəhim etiraz etdikdə başqa kameraya aparılaraq əl-ayağı çarpayıya bağlı şəkildə səhərə qədər saxlanılıb. Martın 30-da idarə rəisi M.Seyidovun otağında V.Qonaqov təzyiq və təhdid altında vəkil E.Sadıxovdan imtina etməsi barədə ərizəni imzalayıb. Elə həmin gün də vəkilsiz olaraq üzləşmə keçirilib. Bütünlükdə isə jurnalist martın 14-dən apreılin 5-nə kimi “bandotdel”də saxlanma dövrünü “qeyri-insani rəftar dövrü” adlandırır.

V.Qonaqov bu il martın 1-də Qubada baş verən hadisələrə görə həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. 2012-ci il martın 15-də Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Baş prokurorluğun mətbuat xidməti isə işgəncələrlə bağlı yazılanları təkzib edib. Mətbuat xidməti bildirir ki, bəzi KİV-də «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Cinayət-Prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilib, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib.
Göstərilənlərlə yanaşı onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir.

Bundan başqa 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskinin iştirakı ilə qəbul edilib və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG