Accessibility links

Jurnalistin şikayəti təmin edilməyib


Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova baərsində karikaturası

Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova baərsində karikaturası

Apellyasiya şikayəti Xədicə İsmayılovanın 220 saatlıq ictimai işlərə cəlb olunması barədə Binəqədi rayon Məhkəməsinin qərarından verilib

Bakı Apellyasiya məhkəməsində hakim Mirzəli Abbasov araşdırmaçı jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayətini təmin etməyib. Bu barədə Amerikanın səsinə vəkil Anar Qasımlı bildirib.

Apellyasiya şikayəti jurnalist Xədicə İsmayılovanın 220 saatlıq ictimai işlərə cəlb olunması barədə Binəqədi rayon Məhkəməsinin qərarından verilib.

Jurnalist Xədicə İsmayılova bu il yanvarın 26-da İsmayıllı hadisələri ilə bağlı zorakılığa etiraz aksiyasına qatılıb.
Aksiyada saxlanan İsmayılova Səbayel rayon Məhkəməsi tərəfindən 400 manat cərimələnib. Jurnalist bunun qanunsuz olduğunu əsas gətirərək cəriməni ödəməkdən imtina edib.

Vəkil çıxışında Xədicə İsmayılovaya qarşı mənfi münasibətin olduğunu əsas gətirərək, ictimai işlərin müəyyən olunması üçün müvafiq icra orqanının - Nazirlər Kabinetinin qaydalarının müəyyənləşdirilmədiyini, müdafiə etdiyi şəxsə təklif olunan süpürgəçi və dalandar işlərinin onun ixtisasına uyğun olmadığını deyib.

Jurnalist öz növbəsində apellyasiyanın qərarından Avropa İnsan Haqları Məhkəməsinə də müraciət olunacağını istisna etməyib.

Qeyd edək ki, jurnalist cəriməni ödəməkdən imtina etdiyinə görə 220 saat ictimai işlər cəzasına məhkum olunub. Binəqədi Rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsi əvvəlcə ona dalandar və ya süpürgəçi işi təklif edib. Xədicə İsmayıl süpürgəçiliyi, yəni mərkəzi küçələri süpürməyi seçəndən sonra İcra Şöbəsi ona başqa iş axtardığını bildirib. Jurnalist Xədicə İsmayılova isə qapalı yerdə icbari işdən imtina edib.
XS
SM
MD
LG