Accessibility links

Əfqanıstanın paytaxtı Kabildə minlərlə insan geniş saxtakarlıqlara yol verildiyi iddia edilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiyası keçirib.

Abdulla Abdulla iyun ayının 14-də səsvermə qutularının saxta bülletenlərlə doldurulduğunu deyərək, nəticələri qəbul etməyəcəyini bildirib.

Sabiq xarici işlər naziri Abdulla sabiq maliyyə naziri Əşrəf Qani ilə yarışırdı.

O, Müstəqil Seçki Komissiyasının saxtakarlıq iddialarını nəzərə almadığına görə, səslərin sayılmasını boykot edib.

Seçkilər Əfqanıstanı Talibanın hücumlarının artdığı və NATO qüvvələrinin ilin sonunda ölkəni tərk edəcəyi bir vaxt çıxılmaz vəziyyətə salıb.

Vaşinqtonla Təhlükəsizlik razılığı hələ də imzalanmayıb. Prezident Həmid Karzay xələfinin razılığı imzalamasını istəyir.

BMT-nin Əfqanıstan missiyasının rəhbəri seçkilərdən sonrakı durumun təhlükəli olduğu və zorakılıqların baş qaldıra biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG