Accessibility links

Taliban Kabil mərkəzində partlayış törədib


Cümə günü axşam Kabilin mərkəzində törədilən hücuma görə Taliban məsuliyyəti öz üzərinə götürüb.

Saat altı radələrində Kabilin diplomatik missiyalar və hökümət binaları yerləşən zəngin Şerpor məhəlləsində böyük partlayış olub, ardınca isə silah səsləri eşidilib.

Taliban bir neçə intiharçının ərazidəki qonaq evində bomba hücumu törətdiyini və böyük itkilərə səbəb olduğunu deyib.

Taliban bir neçə intiharçının ərazidəki qonaq evində bomba hücumu həyata keçirdiyini və “böyük itkilərə səbəb olduğunu deyib”. Lakin bu məlumat hələ təsdiq edilməyib.

Hücum Əfqanıstanın paytaxtında İspaniya səfirliyinin yanında törədilib. Talibanın bəyanatında isə “xaricilərin işğal etdiyi” qonaq evinin hədəf alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi deyib ki, partlayışa səbəb maşın bombası olub. Birinci partlayışdan sonra ağır silah səsləri eşidilib. Hadisə yerinə yaxın olan polis hücumu üç şəxsin həyata keçirdiyini deyib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, polisin verdiyi ilkin məlumata əsasən azı üç hücumçu İspaniya səfirliyinə yaxın qonaq evini hədəf alıb.

Taliban qüvvələri Əfqanıstanın təhlükəsizliyinə hədə törətməkdə davam edir.
Taliban qüvvələri Əfqanıstanın təhlükəsizliyinə hədə törətməkdə davam edir.

Cümə günü Kabildə baş verən hücumdan öncə isə çərşənbə axşamı cənubi Qəndahar şəhərində yerləşən hava limanındakı 27 saatlıq qarşıdurma nəticəsində 39 mülki şəxs daxil olmaqla azı 54 nəfər ölüb. Hücumda üzərlərində intiharçı kəməri olan azı 10 silahlı Taliban döyüşçüsü iştirak edib.

Qəndahar hava limanı cənubi Əfqanıstandakı ən böyük hərbi obyektlərdən biridir.

Rəsmilərin bildiridiyinə görə, Əfqanıstanın şərqində yerləşən Cəlalabadda cümə axşamı baş verən bomba partlayışı nəticəsində bir əfqan kəşfiyyat əməliyyatçısı, bir xarici və onun üç üşağı həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG