Accessibility links

Kabilə hücum edən yaraqlılar zərərsizləşdirilib

  • Amerikanın səsi

Kabilə hücum edən yaraqlılar zərərsizləşdirilib

Kabilə hücum edən yaraqlılar zərərsizləşdirilib

Bu gün NATO vertolyotu əfqan təhlükəsizlik qüvvələri ilə bərabər yarıtikili binanı altı yaraqlıdan təmizləyə bilib

Əfqanıstan və koalisiya qüvvələri Kabilin mərkəzində qumbaraatanlar və avtomat silahlarla ABŞ səfirliyi və NATO-nun baş qərargahına hücum edən bir qrup yaraqlı ilə bütün günü davam edən qarşıdurmaya son qoyub. Yaraqlılar dünən üzü iki dövlət binasına tərəf baxan yarıtikili binaya soxularaq qumbaraatanlardan atəş açıblar. Bu arada yaraqlılardan ibarət qrup paytaxtın başqa hissəsində polis məntəqələrinə hücum ediblər. Bu gün NATO vertolyotu əfqan təhlükəsizlik qüvvələri ilə bərabər nəhayət ki, yarıtikili binanı altı yaraqlıdan təmizləyə bilib. NATO-nun Əfqanıstana hərbi müdaxiləsindən bəri Kabilə edilən ən davamlı hücum nəticəsində azı 14 adam həlak olub.

XS
SM
MD
LG