Accessibility links

Əfqanıstan paytaxtında beynəlxalq xeyriyyə təşkilatının yerləşdiyi binaya hücum olub


Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, keçən gecə Kabilin mərkəzində silahlıların mühasirəyə alındığı binada 4 saat davam edən atışma zamanı 3 nəfər silahlı şəxs qətlə yetirilib, 6 nəfər yaralanıb.

Kabil Polis İdarəsi İstintaq Şöbəsinin başçısı Firidun Obeydi jurnalistlərlə görüşü zamanı əməliyyatın sona çatması barədə ətraflı danışıb. "Hücumda 4 silahlı iştirak edib. Onlardan biri bomba yerləşdirilmiş avtomovili partladıb, binaya daxil olmuş digər üç nəfər isə xüsusi təyinatlı qüvvələr tərəfindən öldürülüb. Bizim tərəfdən cəmi 6 adam yaralanıb." deyə, Firidun Obeydi bildirib.

Polis 10 nəfər xarici vətəndaş olmaqla, paytaxtın Şare-Nou bölgəsindəki beynəlxalq xeyriyyə təşkilatının yerləşdiyi binadan 42 nəfərin xəsarət almadan çıxarıldığını bildirib.

Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü çərşənbə günü səhər də atışmanın baş verdiyini və hücumda əli olanların Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG