Accessibility links

Taliban cümə günü Kabilin mərkəzində baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Cümə günü axşam saat 6 radələrində şəhərin səfirliklər və hökümət binalarının yerləşdiyi zəngin Şerpor məhəlləsində böyük partlayış, ardınca isə silah səsləri eşidilib.

Taliban həmin ərazidə mehmanxananda bir neçə intiharçı bomba hücumu həyakata keçirdiklərini və bir çox insanın ölümünə səbəb olduqlarını bildirirb. Lakin bu məlumat hələ ki, rəsmilər tərəfindən təsdiq olunmayıb.

Hücumun Kabildə İspaniya səfirliyi yanında həyata keçirildiyi bildirilir. Taliban bəyanatında hədəfin xarici işğalçıların qaldığı mehmanxanananın olduğunu deyib.

Daxili işlər nazirinin sözçüsü Sadiq Sadiqi tvitterdə yazıb ki, partlayışa səbəb maşın bombasının olduğu təxmin edilir. Böyük patlayışın ardınca ağır silah səsləri eşidilib və hadisə yaxınlığında olan bir müxbirin dediyinə görə, polis hücumu azı üç nəfərin həyata keçirdiyini bildirib.

Hücum çərşənbə axşamı Əfqanıstanın Qəndahar şəhərində yerləşən hava limanının 27 saatlıq mühasirəsindən bir neçə gün sonraya təsadüf edir. Hava limanına hücumu azı 10 intihar kəməri taxan silahlı Taliban döyüşçüsü həyata keçirib. Nəticədə 39 mülki vətəndaş daxil olmaqla, 54 nəfər həlak olub.

Qəndahar hava limanı cənubi Əfqanıstanın ən böyük hərbi obyektidir.

Bundan əlavə, rəsmilərin verdiyi məlumata görə, cümə axşamı Əfqanıstanın şərqində yerləşən Cəlilabad şəhərində bomba partlayışı nəticəsində bir əfqan kəşfiyyat işçisi, bir xarici vətəndaş və onun üç üşağı həlak olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG