Accessibility links

Əfqanıstanda daha bir kamikadze hücumu nəticəsində 3 nəfər həlak olub


Bu gün Əfqanıstanda daha bir kamikadze hücumu nəticəsində 3 nəfər həlak olub. Hücum hökumət işçilərini Kabilə aparan avtobusu hədəf alıb. 8 nəfər yaralanıb.

Bundan bir gün əvvəl Kabildə kamikadze hücumları nəticəsində 7 adam həlak olub, 15 nəfər yaralanıb.

Hücumlardan biri Əfqanıstanın Milli Ordusunun personalını daşıyan avtobusu hədəf alıb. İkinci hücum da ordunun avtobusuna qarşı həyata keçirilib.

Hücumların məsuliyyətini Taliban üzərinə götürüb. Talibanın sözçüsü Zabuhullah Mücahid hücumların ABŞ-la təhlükəsizlik sazişi imzalayan yeni hökumətə açıq mesaj olduğunu deyib.

Saziş dekabrın 31-də beynəlxalq qüvvələrinin missiyasının başa çatmasından sonra 12 min əsgərdən ibarət xarici qüvvənin ölkədə qalmasına imkan verəcək. Xarici qüvvələri 10 min ABŞ və 2 min NATO əsgəri təşkil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG