Accessibility links

Əfqanıstan rəsmiləri keçən həftəsonu intiharçı hücumu nəticəsində iki amerikalının və dörd əfqanın ölümünün ölkənin kəşfiyyat agenti tərəfindən törədildiyini təkzib edir.

Çərşənbə axşamı Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsinin mətbuat müşaviri Şəfiqullah Tahiri mətbuat konfransında bu iddiaların əsassız olduğunu bildirib. Lakin o bildirib ki, bombalı hücumu həyata keçirən şəxs əfqan kəşfiyyat agentliyinin uniformasını geyinib.

Yerli rəsmilər və NATO tərəfindən bazar günü Qəndəhar əyalətində əfqan kəşfiyyat zabiti tərəfindən törədildiyi ehtimal olunan “daxili hücum”a dair açıqlanan bəyanatlar ziddiyyət təşkil edir. Bununla yanaşı Əfqanıstan MTİ-nin yüksək rütbəli əməkdaşı Fransanın xəbər agentliyinə anonimliyin qorunması şərtilə verdiyi müsahibədə hücumun Əfqanıstan kəşfiyyat idarəsinin əməkdaşı tərəfindən törədildiyini bildirib.

Daxili hücumlarla bağlı Vaşinqton və Kabil arasında gərginlik artıb. Əfqan təhlükəsizlik qüvvələrinin ayrı-ayrı üzvləri və ya yaraqlılar özlərini təhlükəsizlik qüvvələrinin üzvləri kimi göstərərək silahı koalisiya qüvvələrinə qarşı çevirirlər. Bu hücumlar nəticəsində cari ildə 50 nəfərdən artıq koalisiya üzvü öldürülmüşdür.
XS
SM
MD
LG