Accessibility links

Kabil yaxınlığında təyyarə qəzaya uğrayıb


Kabil yaxınlığında təyyarə qəzaya uğrayıb

Kabil yaxınlığında təyyarə qəzaya uğrayıb

Əfqanıstan rəsmiləri təyyarənin əməliyyatları ABŞ şirkəti adindan həyata keçirdiyini və NATO qüvvələrinə təchizat daşıdığını deyiblər

Əfqan rəsmiləri Kabil yaxınlığında qəzaya uğrayan yükdaşıyan mülki təyyarənin düşdüyü dağlıq ərazidə beş cəsəd aşkar edə biliblər. Rəsmilər dünən baş verən qəzada ekipajın səkkiz üzvünün hamısının həlak olduğunu bildirib. Onlardan altısının filipinli, birinin hindli , o birinin isə keniyalı olduğu müəyyən edilib. Əfqanıstanın aviasiya rəsmiləri təyyarənin əməliyyatları ABŞ şirkəti adindan həyata keçirdiyini və NATO qüvvələrinə təchizat daşıdığını deyib. Təyyarə ABŞ-ın əsas hərbi bazası olan Baqram bazasından Kabilə istiqamətləndiyi vaxt qəzaya uğrayıb. NATO bildirib ki, təyyarə koalisyiaya aid deyil və axtarış və xilasetmə əməliyyatlarını əfqan-NATO birgə qüvvələri həyata keçirib. Qəzanın səbəbləri hələ aydın deyil.

XS
SM
MD
LG