Accessibility links

Kabilin diplomatik ərazisində 2 hücum baş verib

Secretary of State Kerry greets U.S. troops outside Resolute Support Headquarters following a meeting with General "Mick" Nicholson, commander of U.S. forces in Afghanistan , April 9, 2016. (Pamela Dockins/VOA)

ABŞ dövlət katibi Con Kerri Əfqanıstan paytaxtını tərk edən kimi Kabilin diplomatik ərazisində iki partlayış baş verib. Kerri aprelin 9-da Əfqanıstana gözlənilməz səfər edib və Talibanla sülh danışıqlarına çağırıb.

Kabil polisi deyib ki, raket qız məktəbinin yanına düşüb. Partlayışdan xəsarət alan olmayıb.

Partlayış zamanı silah səsləri də eşidilib.

Olayla bağlı məsuliyyəti hələ ki, heç bir qrup öz üzərinə götürməyib. Ancaq Taliban qiyamçıları əvvəllər şəhərdə rəsmiləri və xariciləri hədəfə alıb.

Kerri Əfqanıstan prezidenti Əşrəf Qani ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, onlar Talibanı zorakılığa son verib sülh danışıqlarına başlamağa çağırırlar.

Taliban nə qədər ki, ölkədə xarici hərbi qüvvələr var, sülh danışıqlarına getməyəcəyini bəyan edir.

ABŞ-ın 10 minə yaxın hərbçisi hələ də Əfqanıstandadır.

XS
SM
MD
LG