Accessibility links

Kabildəki hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb


Hücum zamanı ən azı 22 hökumət yönümlü silahlı şəxs öldürülüb

Əfqanıstan paytaxtı Kabil və şəhərin yaxınlığında onlarla insanın həyatına son qoyan ardıcıl terror hücumlarından bir gün sonra dünən baş vermiş digər ölümcül bomba hücumunun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Amerikanın Səsinə göndərilən bəyanatda Taliban bildirir ki, Kunduz vilayətinin Xanabad rayonunda həyata keçirilmiş partlayışın arxasında onlar dayanır. Polisin bildirdiyinə görə, hücum zamanı ən azı 22 hökumət yönümlü silahlı şəxs öldürülüb.

Bu ilin ən güclü hücumunun ardınca Kabildə gərginlik artıb.

Cümə günü yaraqlılar Əfqanıstan paytaxtında bir neçə bomba hücumu həyata keçirmiş və ABŞ-ın hərbi bazasından 9 nəfər daxil olmaqla, 50-dən çox insan həlak olmuşdu.

Bu, BMT-nin ölkədəki missiyasının 2009-cu ildən bəri bir gün ərzində ən çox mülki vətəndaş ölümünün qeydə alındığı rəqəmdir.

Bombaların hökumət binalarının yerləşdiyi ərazi yaxınlığında, insanların sıx yaşadığı bölgədə partladıldığı, qurbanlardan çoxunun qadın və uşaq olduğu deyilir.

Hücum Kabilin cənubunda intiharçının yük maşınında həyata keçirdiyi və azı 6 nəfərin ölümü ilə nəticələnən bomba hücumundan bir gün sonraya təsadüf edib. Bu, Taliban lideri Molla Ömərin ölümü ilə bağlı məlumatın təsdiq edilməsindən sonra qrupun ilk böyük hücumu idi.

Cümə axşamı Logar vilayətinin paytaxtı Puli-Alamdakı genişmiqyaslı partlayış zamanı 3 polis işçisi, 3 mülki vətəndaş həlak olub, onlarla insan yaralanıb.

Əfqanıstan rəsmiləri cümə axşamı ölkənin cənub bölgəsində hərbi vertolyotun qəzaya uğradığını, nəticədə 17 əsgərin öldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG