Accessibility links

Ramzan Kadırov - Dəmir yumruq [Video]


Çeçenistanın yenidən seçilmiş prezidenti Ramzan Kadırov istər tənqidçilər, istərsə də terrorçular olsun, hakimiyyətinə mane törədənləri aradan qaldırmağa çalışır. Kadırov tərəfdarları iki dəhşətli müharibədən sonra və Suriya müharibəsindən geri qayıdan döyüşçülər də daxil edilməklə, hökumətə qarşı olan bütün silahlıların Çeçenistanda sülhə təhlükə olmaması üçün dəmir yumruğa ehtiyac olduğunu deyirlər. Lakin tənqidçilər onun yerli xalqı radikallaşdırdığını, bunun isə Rusiyada demokratiyaya hədə olduğunu deyirlər.

Ramzan Kadırov atasının adını daşıyan Qroznının Əhməd Kadırov məscidindəki çümə namazına qatılır.

Vəzifəyə Rusiya prezidenti Vladimir Putin tərəfindən təyin ediləndən bəri gənc Kadırov 2004-cü ildə atasını qətlə yetirən islamçılara qarşı mübarizə aparır. Lakin insan haqları fəalları Kadırovun islamçı militantların yaxınlarının kütləvi şəkildə cazalandırılması kimi dəmir yumruq üsullarını pisləyir. “İslamçı fundamentalistlərin diktatorluğu əvəzinə biz başqa diktatorluqla, Çeçenistan sərhədlərini aşaraq, Rusiyaya hədə olan diktatorluqla qarşılaşırıq” deyə, İnsan Haqları fəalı Oleq Orlov bildirir.

Ramzan Kadırov Vladimir Putinə həddən artıq sadiqdir və Rusiya müxalifətini satqın adlandırır. Hətta fevral ayında müxalifətçilərdən ikisinin snayper hədəfi olan video açıqlamışdı.

Belə bir hədə müxalifət lideri Boris Nemtsovun Kreml divarı yaxınlığında qətindən və bir il sonra bu qətlə görə Kadırovla əlaqəsi olan çeçenlərin həbsindən sonra oldu. Kornegi Mərkəzindən Aleksey Malaşenko: “O, Putinin qardaşıdır, bəlkə də kiçik qardaşıdır. O bunu hiss edirdi və seçkilərdən sonra daha çox hiss edir. O, nəinki Çeçenistanda, bütün Rusiyada istədiyini edə bilər.”

Kadırov Nemtsovun qətlində əli olduğunu inkar edir, baxmayaraq ki, o, qatili Rusiyanın əsl vətənpərvəri adlandırmışdı. Kadırov tərəfdarları isə onun Putinə sadiqliyinin səbəbinin müstəqillik tələbi ilə iki müharibədən sonra güclü müxtariyyət və sülhün təmin edilməsinə görə olduğunu deyirlər. Lakin Kadırovun statusu Moskvada bəzi rəsmilərin narahatlığına səbəb olub. Onlar Suriya müharibəsində iştirak edən yüzlərlə çeçenin geri qayıdıb ölkəyə mənfi təsirindən narahatdır.

Tənqidçilər Kadırovun İslamın interpretasiyasının və digərlərini iblis kimi görməsinin bir çoxlarının gözünü qorxudacağını deyir.

XS
SM
MD
LG