Accessibility links

Elm

Şokolad - Ləzzətli, faydalı və ziyanlı [Video]


Kakao və tünd şokoladı yemkəkdən əldə edilən ən böyük fayda qan təzyiqinin düşməsidir, buna əsas səbəb ağızda əriyən ləzzətli kakao yağıdır.

Pəhrizçi Kim Hoffman deyir ki, həmin hiss şokolad yeyənlərdə depressiyanı azaldır.

Kim Hoffman: Bunun tərkibində fenetilamin var ki, nevrotransmitter adlanır və beyində rastlana bilər. Bu insanın kefinə təsir edir. Qan endorfinlərini artırır. Bunlar xoşbəxtlik maddələridir və sənin kefin yaxşı olanda, onlar ətrafda olur.

Bütün şokoladlarda bu maddələrə rast gəlmək olmur. Bəzi araşdırmaçılar deyir ki, satışda olan şkoladların hazırlanmasında 130 dərəcə sentiqrada ehtiyac var ki, bu da onların təsirini azaldır.

Cənubi Afrikanın Keyp Taun şəhərində yerləşən Honest Chocolate şirkətinin təmsilçisi Antoni Qrid düzəltdiyi şkoladların temperaturunu 42 dərəcə altında saxlayır.

Antoni Qrid: Qidanı minimal qızdırmaq və ya minimal bişirmək kimi qayda var. Bu təbii antioksidantları və ya içində olan hər hansı mineralların qorumasını təmin edir. Kakao da buna aiddir, siz bunu yaxşı keyfiyyətli paxla ilə çiy saxlaya bilərsiz.

Kakaonun təbii acılığını azaltmaq üçün şokolad istehsalçıları ona acılıq verən polifenolları, antioksidantları çıxararaq yerinə şəkər əlavə edirlər.

Qida elmləri üzrə yazıçı Leoni Coubert vurğulayır ki, şəkər çəki xəstəliklərinə səbəb olur və hər gün yeyilməsi məsləhət deyil.

Leoni Coubert: Problem həddindən artıq şəkərə bağlı qalmaq zamanla bədəndə iltihabın əmələ gəlməsinə və sonda ürək xəstəliklərinə yol açır. Aydındır ki, bu köklük, artıq çəki problemləri kimi xəstəliklərlə bağlıdır.

Honest Chocolate fabrikinin məmulatlarında şəkər qamışı yerinə aqava nektarından istifadə edilir və tərkibində çox yüksək səviyyədə kakao var. Bu, müştərilərin çox xoşuna gəlir.

Cesika Bonin: Onların şokoladlarını qeyri-adi edən odur ki, şəkər hiss edilmir, siz şokoladın əsl dadını görürsüz. Bu çox dəbdəbəli və gözəl həzzdir.

Digər şokolad sevənlər kimi Bonin də öz yanğısına bir parça əsl şokoladla son qoyur.

XS
SM
MD
LG