Accessibility links

Kaliforniyanın Anahaym şəhərində gərginlik 4-cü gündür davam edir


Kaliforniyanın Anahaym şəhərində gərginlik 4-cü gündür davam edir. Polisin insanları atəşə tutmasına etiraz edən nümayişçilər Starbaks kafesinin şüşələrini sındırıb, polis işçilərinə daş və butulkalar atıb.

Polis buna cavab olaraq rezin güllələrlə nümayişçiləri atəşə tutub. 5 nəfərin nəzarət altına alındığı bildirilir. Nümayişçilər atışma ilə bağlı bələdiyyədə keçirilən toplantının işinə mane olub.

Polis tərəfindən ötən şənbə günü silahsız bir şəxs, bazar günü isə oğurlanmış maşında olan şəxs öldürülüb.

Anahaym şəhərinin meri Tom Tait ştat və federal rəsmiləri hadisələrlə bağlı təhqiqata çağırıb.

Los Anjelesdən 50 km-lik məsafədə yerləşən Anahaymda Disneyland parkı yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG