Accessibility links

Rəsmilər: Kaliforniyada atışma nəticəsində çox sayda qurban var


California Shootings
California Shootings

Kaliforniya rəsmilərinin bildirdiyinə görə, Los Anceles şəhəri yaxınlığında şərq istiqamətində yerləşən San Bernadino şəhərində əlillər üçün treyninq mərkəzində atışma nəticəsində azı 20 qurbanın olduğu bildirilir.

Yerli şerifin departamentinin bildirdiyinə görə, hadisədə üç silahlı şəxsin iştirak etdiyi ehtimal edilir.

Polis bildirib ki, polis işçiləri silahlı şəxslərin hələ də hadisə yerində fəal olub-olduğunu müəyyən etməyə çalışır. Polis vətəndaşlara evə qalmaq və hadisə yerindən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Polis sözçüsü Los Anjeles Times qəzetinə deyib ki, şübhəlilər güclü silahlanıb və onların zirehli geyimdə olduğu ehtimal edilir. Hadisə bomba zərərsizləşdirulmək üçün xüsusi qrup göndərilib. Rəsmilər hadisə yerində partlayıcı maddələrin yerləşdirildiyinə inanır.

Federal silah ekspertləri və Federal Təhqiqatlar Bürosunun agentləri hadisə yerindədir. Yaxınlıqdakı xəstəxananın tibbi personalı yaralanan şəxslərin qəbul edilməsinə hazır olduğunu bildirib.

Atışmanın baş verdiyi Inland Regional Center inkişaf problemləri şəxslərin reabilitasiya məqsədilə 40 il bundan əvvəl yaradılıb.

ABŞ prezident seçkilərində iki aparıcı namizəd dərhal hadisəyə Twitter sosial şəbəkəsində münasibət bildirib. Demokrat Hillari Klinton “bunu normal hadisə kimi qəbul etməkdən” imtina etdiyini bildirərək, “Biz silah törədilmiş zorakılığa son qoymalıyıq” deyib.

Hadisələrin detalları ilə bağlı məlumatlar daxil olduqca respublikaçı Donald Tramp atışmanı “pis hadisə” kimi qiymətləndirib. O, hadisə yerində olan polis zabitlərinə uğur arzulayaraq, deyib ki, “polisin qədri belə vaxtlar bilinir.”

İnsidentlə bağlı məlumatlandırılan prezident Barak Obama hadisələrin inkişafını diqqətlə izlədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG