Accessibility links

Kaliforniya iqtisadiyyatı Fransanı geridə qoydu


Downtown San Francisco, California, April 5, 2016. (M. O'Sullivan/VOA)

Downtown San Francisco, California, April 5, 2016. (M. O'Sullivan/VOA)

Kaliforniya iqtisadiyyatı bu il Fransanı geridə qoyaraq dünyanın ən güclü iqtisadiyyata malik dövlətləri arasında 6-cı yerdə qərarlaşıb. Bu barədə ştat rəsmi məlumat yayıb. Sürətlə böyüməkdə olan Kaliforniya iqtisadiyyatı ötən il dolların digər ölkə valyutalarına nisbətdə dəyər qazanması nəticəsində daha da inkişaf edib.

Ən çox əhalisi olan ABŞ ştatının ümumdaxili məhsulu 2.5 trilyon dollar təşkil edir.

“Bu, həm Kaliforniyanın sürətli inkişafının, həm də ABŞ dollarının digər valyutalara nisbətən dəyər qazanmasının nəticəsidir” - deyə Kaliforniyanın Maliyyə Nazirliyinin baş iqtisadçısı İrena Asmundson bildirib.

Cerri Braun 2011-ci ildə ştat administrasiyasının rəhbəri olduqdan sonra Kaliforniyanı maliyyə problemlərindən uzaqlaşdırdı və büdcə kəsrini azaltdı. Kaliforniya iqtisadiyyatında Apple və Facebook kimi şirkətlərin də böyük payı olan texnologiyanın gətirdiyi iqtisadi dönüş baş verdi. Eyni zamanda ştatda kənd təsərrüfatı və istehsal sənayesi də sürətlə inkişaf edir.

2015-ci ildə Kaliforniya iqtisadiyyatı 4.1 faiz artıb. ABŞ-da bu göstərici 2.4 faiz, Fransada isə 1.1 faizdir.

Ötən il Kaliforniya ştatında bütün ştatlardan daha çox iş yeri açılıb. Yeni iş yerlərinin sayı ABŞ-ın 2-ci və 3-cü ən çox əhalinin məskunlaşdığı Florida və Texas ştatlarında açılan iş yerlərinin ümumi sayından daha çoxdur. Alphabet və Facebook şirkətləri daxil olmaqla dünyanın ən böyük 10 şirkətindən 4-ü Kaliforniyada yerləşir.

XS
SM
MD
LG