Accessibility links

Kaliforniya ştatında neft sızması qeydə alınıb


California Oil Spill

California Oil Spill

Neftin boru kəmərindən sızdığı bildirilir

ABŞ-ın qərbi Kaliforniya ştatı neft dağılan sahilyanı ərazidə fövqəladə vəziyyət elan edib.

Qubernator Cerri Braun fövqəladə vəziyyəti çərşənbə günü elan edib. Neftin dağılması isə çərşənbə axşamı Kalifroniyanın Santa Barbara şəhərinin yaxınlığında yerləşən Refugio dövlət çimərliyində aşkar olunub. Ərazini təmizləmək üçün ştatın büdcəsindən maddi yardım ayrılıb.

Neftin quruda yerləşən neft boru kəmərindən sızdığı bildirilir. Boru kəmərini idarə edən şirkət Plains All American Pipeline LP üzr istəyib və təmizlik işlərinin aparıldığını bildirib.

O ərazidə 1969-cu ildə ən böyük neft dağılması baş verib. Hadisə ABŞ-da indiyədək davam edən ətraf mühitin mühafizəsi hərəkatına start vermişdi.

XS
SM
MD
LG