Accessibility links

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları


ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərində dünən meşə yanğınları sürətlə yayılmağa başlayandan sonra rəsmilər 82 mindən çox insanın evakuasiya olunması barədə əmr verib.

Bluecut Alovu adlandırılan yanğın 7000 hektardan çox ərazin məhv edib. Alov və tüstü Los Anceles və Las Veqasa aparan avto maqistralların bir hissəsi də daxil olmaqla, yolların bağlanmasına səbəb olub. Bu isə sakinlərin alovdan qaça bilməsini çətinləşdirib.

Ştatın şimal Sakramento şəhərində isə yanğınsöndürənlər 1600 hektar ərazi, 175 ev və biznesləri alova bürüyən yanğını söndürməkdə uğur əldə edib.

Rəsmilər Lover Göl yaxınlığında baş vermis yanğınla əlaqədar 40 yaşlı bir kişini həbs edib. Damin Entoni Paşilk ötən il bir neçə ərazidə yanğın törətməkdə şübhəli bilinir.

XS
SM
MD
LG