Accessibility links

Kaliforniya yanğınsöndürənləri sınmış təbii qaz borusundan sızan qazdan qaynaqlanan alovla mübarizə aparırlar


Alovla mübarizə üzrə rəhbər 53-dən çox evin dağıldığını və 120-dən çox evə ziyan dəydiyini bildirib

Kaliforniya yanğınsöndürənləri sınmış təbii qaz borusundan sızan qazdan qaynaqlanan nəhəng alovla mübarizə aparırlar. San Fransiskonun civarında baş verən hadisə zamanı azı bir nəfər həlak olub və onlarla insan xəsarət alıb. Alovla mübarizə üzrə rəhbər, Denis Haq deyib ki, yanğın dünən axşamüstü başlayıb. Partlayış San Fransisko beynəlxalq hava limanının qərbində baş verib. 20-dən çox insan hadisə ilə bağlı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Pacific Gas and Electric adlı yerli kommunal şirkət qazötürmə xəttinin sındığını təsdiqləyib, və qazı dayandırmaq üçün əraziyə briqada göndərdiyini bildirib. Bəyanatda şirkət borunun hansı səbəb üzündən sındığının məlum olmadığını qeyd edib. Lakin hadisədə məsuliyyətli bilindikləri halda üzərlərinə cavabdehlik götürəcəklərini bilidirblər. Alovla mübarizə üzrə rəhbər 53-dən çox evin dağıldığını və 120-dən çox evə ziyan dəydiyini bildirib.

XS
SM
MD
LG