Accessibility links

Kaliforniyanın cənub bölgələrini bürüyən yanğınla mübarizə davam edir. Çərşənbə axşamı günündən başlayan yanğın 120 kilometrlik sahəni əhata edib.

Yanğınsöndürmə idarəsinin bildirdiyinə görə, yanğının 70 faizi söndürülüb. Fəlakət 15 min hektarlıq sahəni məhv edib.

Yanğın səbəbi ilə heç bir tələfat qeydə alınmayıb. Lakin yanğının səbəələrinə dair təhqiqiat davam etdirilir.

34 min evi təhlükəyə salan yanğın səbəbi ilə 82 min sakin evakusiya edilib. 105 ev və 213 tikili tam sıradan çıxıb.

Yanğına nəzarət artdıqca bəzi sakinlərə evlərinə qayıtmaq icazəsi verilib. Lakin Lytle Creek və Wrightwoodin 7 mindən artıq sakini hələ də evlərindən kənardır.

Blue Cut yanğını Kaliforniyanı bürüyən silsilə yanğınların biridir.

Yanvar ayının 1-dən avqustun 13-dək 3874 yanğın qeydə alınıb. 45 min hektarlıq sahə məhv olub, 7 nəfər həlak olub.

Təkcə bir həftə ərzində 30-a yaxın yanğın 850 kv. metrlik sahəni əhatə edib.

XS
SM
MD
LG