Accessibility links

Kaliforniya ştatının rəsmiləri bildirib ki, meşə yanğınlarına səbəb olan şiddətli küləklər nəticəsində bəzi binalar dağılıb. Geniş ərazilərin yayılan yangın 1000-dən çox insanın evlərini tərk etməsinə gətirib çıxarıb.

Kaliforniyanın mərkəzində yanğınsöndürənlər yanğının Yosemite Milli Parkına keçməməsi üçün onunla mübarizə aparır.

Yanğınsöndürənlər bildirib ki, üç il sürən quraqlıq, güclü küləklər və hava temperaturunun yüksək olması regionda yanğınların baş verməsi üçün şərait yaradıb.

Madera rayonunun 600 yaxın sakini ərazidən uzaqlaşdırılıb.

Şimalda Sakramento şəhərinin 97 kilometr şərqində isə 133 evdən ailələr evakuasiya edilib.

Meşən yanğınları keçən həftənin şənbə günü başlayıb. Yanğınla mübarizə aparmaq üçün 800-dən çox yanğınsöndürən səfərbər edilib.

XS
SM
MD
LG