Accessibility links

Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)


Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)
Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)

Kaliforniyada bir şirkət yeni növ yük və ola bilsin hətta sərnişin hava gəmiləri inşa etməyə başlasın. Aeros korporasiyası tərəfindən inşa edilən və Aeroscraft adlanan yeni hava gəmiləri 50 tondan çox yük daşıyacaq və minlərlə kilometr məsafə qət edə biləcək. ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyələşən gəminin sınaq modeli Los Anceles şəhəri yaxınlığında inşa edilir. Sınaq modelinin 75 metr uzunluğu və 30 metr eni var və bu gəmi gələn ilin sonuna uçuşa hazır olmalıdır. Aeros korporasiyasının nümayəndəsi Edvard Pevzner gəminin əlçatmaz yerlərə uça biləcəyini deyir.

Edvard Pevzner: `nəhəng neft və qaz axtarışları gedən Kanadanın şimalı, Alyaskaya, eyni zamanda Amazon regionu və ya zəif inkişaf etmiş Afrika qitəsinə`

Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)
Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)

Aviasiya mühəndisi Tim Kenni deyir ki, sistemin açarı gəminin yük qoymadan yerə enməsinə və ya yükü atmadan havaya qalxmasına imkan verən yeni texnologiyadır. Belə ki, gəmi ətrafındakə havadan bəzən ağır, bəzənsə yüngül olur.

Tim Keni: `Gəmi yüngül qaz hesab edilən helium qaz növi ilə doldurulacaq bundan sonra gəmidə dəyişkən özünü havada saxlama sistemi quraşdırılacaq.`

Helium gəminin göyə qalxmasına kömək edəcək və lazım gəldikdə helium qazını sıxaraq gəmini yerə endirmək mümkün olacaq. Gəmi aviasiya yanacağı ilə işləyən par mühərriki ilə idarə ediləcək. Mühəndis Tim Kenni gəminin yüngül çəkisi və möhkəm

Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)
Kaliforniyada nəhəng uçan gəmi inşa edilir (video)

Tim Keni: `Maddələrin hazırlanmasında irəliləyiş texnologiya sənayesini çox irəli aparıb. İndi fərqli maddələri aliminuma əlavə edərək yüngül quruluşlu komponentlər düzəltmək mümkündür.`

Bu sınaq modeli gələn ilin sonu uçmalıdır. Əgər alınarsa növbəti bir neçə ildə bunun daha da böyük növü satışa çıxarılacaq. Şirkət deyir ki, gəmi yük daşıma üçün istifadəyə yararlı olsa, onda onun sərnişin daşıyan növü də inşa ediləcək.

XS
SM
MD
LG