Accessibility links

Kaliforniyadakı yanğın genişlənməkdə davam edir


ABŞ-ın Kaliforniya ştatında 5 mindən çox yanğınsöndürən məhşur milli parkın ərazisində genişlənməkdə olan kütləvi yanğını söndürməyə çalışır.

ABŞ Meşə İdarəsi rəsmiləri bildirib ki, dövrə vuran yanğın iki həftə əvvəl Yosemit Milli Parkinin kənarlarından başlayaraq 90 min hektar ərazisini əhatə edib. 100-dən çox ev, biznes və binanı məhv edən yanğın 4500-dən çox binanı da təhlükə altına alıb.

Yanğınsöndürənlər deyir ki, onlar kütləvin yanğının 40 faizinin qarşısını ala biliblər. Hazırda yanğının tam olaraq oktyabrın 20-də söndürülə biləcəyi proqnozlaşdırılır. Bu iki gün öncə deyilən müddətlən bir ay çoxdur.

Buna baxmayaraq yanğın hələlik Yosemit Milli Parkının başlıca atraksionlarından xeyli aralıdadır.

Bu, ABŞ-da bu il qeydə alının ən böyük yanğın olmaqla yanaşı, həm də, Kaliforniya tarixində ən böyük yanğındır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG