Accessibility links

Kamal Kılıçdaroğlu : Bu insanların beynində demokratiya və ya azadlıq deyilən bir şey yoxdur


Kamal Kılıçdaroğlu : Bu insanların beynində demokratiya və ya azadlıq deyilən bir şey yoxdur
Kamal Kılıçdaroğlu : Bu insanların beynində demokratiya və ya azadlıq deyilən bir şey yoxdur

Türkiyənin Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu Türkiyədə demokratiya və azadlıq baxımından böyük problemlər yaşandığını bildirib. O, hakim Ədalət və İnkişaf partiyasının bu problemlərə münasibətini tənqid edərək bildirib ki, bu insanların beynində demokratiya və ya azadlıq deyilən bir şey yoxdur.

Türkiyədə iyunun 12-i keçiriləcək parlament seçkilərindən öncə Amerikanın səsinə müsahibəsi zamanı Kılıçdaroğlu Türkiyənin üzləşdiyi ən böyük problemin işsizlik olduğunu bildirib.

Türkiyənin digər mühüm problemlərindən biri kimi Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu kürd problemini önə çəkib. O deyib ki, bu problem bir partiya tərəfindən həll ediləcək iş deyil.

Kılıçdaroğlu partiyasının sosial-demokrat yönümdə irəlilədiyini, fəaliyyətlərinin xalqın problemlərinin həllinə yönəldiyini deyib. O, dəyişikliyin bir gündə mümkün olmadığını önə çəkərək, Cümhuriyyət Xalq partiyasının xalqın partiyası olacağını deyib.

XS
SM
MD
LG