Accessibility links

Fransa məhkəməsi Azərbaycan nazirini 50 min avro cərimə edib


Fransanın RUE89LYON saytı

Fransanın RUE89LYON saytı

Fransanın RUE89LYON saytı Azərbaycan məmuru barədə məqalə dərc edib. Fövqəladə Hallar Nazirliyindən şərh almaq mümkün olmayıb

Lion islah məhkəməsi Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu 50 min avro cərimə edib.

Fransanın RUE89LYON saytının (http://www.rue89lyon.fr/2013/12/04/train-vie-dement-pouvoir-azerbaidjan/) “Azərbaycan oliqarxı Lion məhkəməsi qarşısında” adlı dərc etdiyi məqalədə deyilir ki, noyabrın 27-də Apellyasiya məhkəməsi Lion islah məhkəməsi tərəfindən qəbul olunmuş bir qərarı təsdiqləyib. Azərbaycanın ən nəhəng oliqarxlarından olan Kəmaləddin Heydərov 50 000 avro və iş adamı, 2011-ci ildən Fransa reqbi Stadionunun direktoru Pyer Arnal 20 000 avro cərimələnib.

Sevil Əliyevanın yaşadığı evin giriş qapısı (Foto RUE89LYON saytından götürülüb)

Sevil Əliyevanın yaşadığı evin giriş qapısı (Foto RUE89LYON saytından götürülüb)

​Cərimənin səbəbi “Sosial mülkün sui-istifadəsi” faktlarıdır. Məhkəmə müəyyən edib ki, adları çəkilən hər iki şəxs 2001-2005-ci illərdə Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva və onun uşaqlarının Fransada keçirdikləri özlərinə xas həyatın qanunsuz maliyyələşdirilməsində iştirak edib.

“Dəbdəbəli maşınlar, 5 ulduzlu otel və San–Trope-də villa, - Fransadakı keçmiş Şərq bloku oliqarxiyasının adi həyat tərzidir. Azərbaycan prezidentinin ailəsi üçün bu cür həyat tərzi qeyri-qanuni şəkildə maliyyələşdirilib. Azərbaycan rejiminin önəmli təmsilçilərindən biri, fövqəladə hallar naziri, eləcə də Fransa reqbi stadionunun hazırkı baş direktoru yol verdikləri qeyri-qanuni yeyintilər səbəbi ilə Lyonlu hakimlər tərəfindən məhkəmə prosesinə cəlb olunub”, deyə məqalədə deyilir.

Sayt yazır ki, Pyer Arnal Sevil Əliyevanın Fransadakı işlərinin idarə edilməsinə görə məsuliyyət daşıyıb. Lakin 2001-2005-ci illər ərzində şirkət kimi fəaliyyət göstərən və Pyer Arnalın meneceri olduğu Eternal Luxury şirkəti yüz min avro dəyərindəki bir hesabın yalnız bir hissəsini ödəyib. Belə halda söhbət hakimlərin hökmü ilə nəticələnən bir faktdan, yəni sosial mülkün sui-istifadəsindən gedir.

Nəşr şirkətin xərclərinin istiqamətlərini də göstərib.

- 16-cı dairədəki mənzilin bəzədilməsinə xərclənən 83 720 avroluq memarlıq xərcləri;

- 118 500 avro dəyəri olan BMW;

- Plaza Aten-in təqribən 2 milyon avroya (dəqiq şəkildə 1, 85 milyon) yüksələn hesabının da bir hissəsinin təşkil etdiyi 5 rəqəmli otel fakturası;

- San-Trope-də ümumi dəyəri 2 423 923 avro olan bir villanın alınması üçün prezidentin bacısına edilən 15 500 məbləğində kömək;

Eternal Luxury həmçinin ümumi dəyəri 600 000 avro təşkil edən məbləğin 37 353 avro qarşılığında, hazırkı nazirə məxsus xüsusi oteldəki işlərin bir hissəsinin nizamlanması ilə də məşğul olub.

Eləcə də heç bir şəkildə əsaslandırmadan və Vergilər Nazirliyinə bəyan etmədən Fransız iş adamının bank hesabına 100 000 avrodan bir qədər çox məbləğin köçürülməsi əməliyyatını da yerinə yetirib.

Bundan başqa sözü gedən şirkətin bəzi işçiləri əslində prezidentin bacısına və ya bacısının uşaqlarına xidmət göstərməklə vəzifələndirilib. Onların bu aktı məhkəmə tərəfindən “uydurma vəzifələr” kimi qiymətləndirilib.

Məqalə ilə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyindən şərh almaq mümkün olmayıb. Belə ki, nazirliyin mətbuat xidmətinin və İctimaiyyətlə Əlaqələr İdarəsinin telefonlarına cavab verən olmayıb. Nazirliyin Qaynar Xətt Mərkəzi isə yenidən mətbuat xidmətinə zəng etməyi məsləhət bilib.
XS
SM
MD
LG