Accessibility links

İdmançıların hərəkətlərini təhlil edən yeni multi-kamera studiyası [Video]


İdmançıların hərəkətlərini təhlil edən yeni multi-kamera studiyası
please wait

No media source currently available

0:00 0:02:25 0:00

1878-ci ildə 12 fotoaparatı ippodroma yerləşdirən ingilis fotoqraf Eadveard Muybridge uzun müddət debat obeykti olan mühüm suala cavab tapdı: Çapan atın dörd ayağı da birdən havada olurmu?

137 il sonra 500-dən çox kameranın köməyi ilə Karneqi Mellon Universitetinin alimləri beysbol topunun trayektoriyasını 3D dəqiqiliklə qeyd edib.

Panoptik Studio adlanan 20 altı-bucaqlı paneldən düzəldilmiş gümbəzə 30 yüksək keyfiyyətli kamera quraşdırılıb. Əlavə olaraq 480 kamera eyni hərəkəti fərqli istiqamətlərdən qeydə alıb.

Karnegi Mellon Universitetinin kompyuter üzrə alimi Hanbyul Joo deyir ki, kompyuter bu kadrları təfsilatlı 3D təhlilə çevirir.

Hanbyul Co: "Bu sistemin əsas məqsədi idmançının hərəkəti kimi dinamik hərəkətləri təhlil etməkdir."

Hər hansı bir anda sistem 100 mindən çox hərəkət nöqtəsini qeydə alır. Belə bir dəqiqəlik kadrı qeydə almaq üçün 120 ədəd 500 giqabayt yaddaşa ehtiyac var.

Mürəkkəb alqoritm sadəcə hədəfə uyğun gördüyü nöqtənin videosunu qeydə alır.

Bu videolar 3D formata çevrildikdən sonra alqoritm hərəkətin təfsilatlı modelini meydana gətirir.

Hanbyul Co: "Biz sistemdən istifadə edərək hərəkətləri qarşılaşdırırıq. Beləliklə insanlara doğru hərəkəti necə etməyi öyrədə bilirik."

Alimlər deyir ki, Panoptic Studio istənilən hərəkət və ya davranışı təhlil etməyə imkan yaradır.

Tədqiqatçılar deyir ki, onlar böyük idman salonları üçün alqoritmi 100-ə yaxın tamaşaçı kamerasından əldə olunan videoları eyni üsuldan istifadə edərək inkişaf edə bilərlər.

XS
SM
MD
LG