Accessibility links

Elm

Yeni kamera zahirən görünməyən hərəkəti qeydə alır [Video]


Ətrafımızdakı obyektlərin çoxu səs dalğalarının vurması nəticəsində titrəyir, ancaq biz bunları gözlə görə bilmirik.

Məsələn, şərab stəkanı yüksək gurultuya məruz qaldıqda tərpənir ancaq hərəkətsiz görünür.

Hərəkəti saniyədə minlərlə kadrı qeyd edən yüksək sürətli kamera ilə çəkdiyinizdə və kompyuter proqramı ilə titrəməni böyüdərək videoya yazdıqda nəticə valehedicidir. Hərəkət mikroskopu adlanan cihazla stəkana baxdığımızda sanki o, jeledən düzəldilmiş cismə oxşayır.

Neil Vadhva: "Hərəkət mikroskopu cihazı gözlə görülə bilməyən kiçik hərəkətləri göstərir."

Massaçusets Texnologiya İnstitutunun maqistratura tələbəsi Neil Vadhva üzün hərəkətlərini videyoa yazıb və görüntünü böyüdərək qan təzyiqinin hər ürək döyüntüsündə qalxıb-düşdüyünü göstərib.

Vadhva deyir ki, hərəkət mikroskopu cihazı ana bətnindəki körpənin hərəkəti və ya körpənin nəfəs alması kimi kritik hərəkətlərə nəzarət etmək üçün əlverişlidir.

Neil Vadhva: "Siz insana heç bir şey bağlamadığınız halda belə ürək döyünməsi və tənəffüs dərəcəsi kimi həyati əlamətlərə nəzarət edə bilərsiz."

Vadhva deyir ki, gözlə görülə bilməyən hərəkətləri videoya çəkmək mühəndislər tərəfindən inşaat elementlərini və hətta binaların, körpülərin vibrasiyasını ölçmək kimi digər məqsədlər üçün də istifadə oluna bilər.

XS
SM
MD
LG