Accessibility links

Xırda kamera qan damarlarını müayinə edir [Video]


Xırda kamera qan damarlarını müayinə edir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Koronar arteriya damarının divarları piy qatı ilə örtüldüyünə görə tıxac meydana gəlir. Bu isə çox vaxt infarktla nəticələnir. Belə hallarda həkimlər arteri damarını stent adlanan mexaniki cihazla genişləndirməyə çalışırlar.

Ancaq bir il içərisində xəstələrin təqribən 10 faizi yenidən müayinə üçün geri gəlməli olur, deyə kardioligist Evelin Reger bildirir.

Evelin Reger: "Təqribən xəstələrin yarısı geri gəlməli olur çünki biz infakta səbəb olacaq arteriyada tıxanmayla bağlı mükəmməl iş görə bilmədik və digər yarısı da geri gəlməlidir çünki biz onların arteriyasında olan bəzi problemlərı nəzərdən qaçırmışıq."

Bu vəziyyət yeni kamera vasitəsilə təkmilləşdirilə bilər. Kamera arteriyanın içərisindən təmiz, təfsilatlı görüntü verir.

Hazırda kateter vasitəsilə fərqli görüntü əldə etmək üçün cərrahlar kateterin kamerasını bədənin xaricindən hərəkətinə nəzarət edirlər. Ancaq yeni kamera kiçik mühərrikə sahibdir.

Professor Ton van der Stin Biotibb mühəndisliyi departamentinin rəhbəridir.

Tor Van Der Stin: "Bu yeni sistemlə kameranı lazım olan yerə hərəkət etdirə bilərsiz. Mikro motor kameranı dəqiq, sürətli hərəkət etdirə bilir."

Tədqiqatçılar hələlik kameranı laboratoriya heyvanlarında sınaqdan keçirsələr də nəticələr heyrətamizdir.

Hazırkı kateter kameralar saniyədə 100 şəkil çəksə də, çox yavaş olduğu üçün urəyin hərəkəti onun düzgün görüntü əldə etməsini əngəlləyir. Ancaq yeni kamera iki ürək döyüntüsü arasında 2500 şəkil çəkə bilir.

Onun bir millimeter qalınlığındakı mühərriki aynanı bir saniyədə 5600 dəfə hərəkət etdirir. Sürətlə yanıb sönən lazer işığın ətrafa yayılması isə kameraya arteri damarının divarlarının dəqiq şəkilini çəkir.

Evelin Reger: "Bir anda qan damarının dərs kitablarındakı kimi şəkilin əldə edirsən. Biz bunları əməliyyat zamanı öz xəstələrimizdən həmin an əldə edirik."

Tədqiqatçılar deyir ki, onlar indi daha da kiçik yarım millimeter qalınlığında mühərrik düzəltmək istəyirlər.

Yeni kameranın Rotterdamda Kardiologiya simpoziumunda təqdimatı keçirilib. Ancaq tədqiqatçılar kameranın insan üzərində istifadəyə başlamasının üç il vaxt çəkəcəyini deyir.

XS
SM
MD
LG