Accessibility links

Kameron Mişel Diaz 1972-ci ilin avqust ayında Kaliforniya ştatının San Diyeqo şəhərində dünyaya gəlib.

16 yaşında o, moda agentliyi ilə müqavilə bağlayıb model kimi karyeraya başlayıb. Diaz bir neçə il Kalvin Klayn və Levi`s kimi şirkətlər üçün çalışıb.

1992-ci ildə 19 yaşında olan Kameron Diaz “O Mələk Deyil” adlı filmdə çəkilib. 21 yaşında o, Elite agentliyinin tövsiyəsi ilə aktyor Cim Kerrinin də iştirak etdiyi “Maska” filmində baş rollardan birini ifa etmək imkanı qazanıb. Aktyorluq təcrübəsi olmadığından o, ifaçılıq dərsləri götürməyə başlayıb. “Maska” filmi 1994-cü ildə 10 ən yaxşı filmdən biri adını qazanıb.

Diazın “Maska” filmində yaratdığı Tina Karli obrazı ona bir neçə mükafat gətirərək, onu seks simvoluna çevirmişdir.
XS
SM
MD
LG