Accessibility links

Britaniyanın baş naziri Rusiyaya səfər edib


Britaniyanın baş naziri Deyvid Kameron Suriya müharibəsinə son qoyulması səyləri çərçivəsində Rusiyaya səfər edib. O, Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşüb. Tərəflər Suriyda qan axıdılmasına son qoyulması səylərinin davam etdiriləcəyinə vəd verib.

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov may ayının sonunda Suriya ilə bağlı beynəlxalq konfrans keçirilməsi barədə razılıq əldə ediblər. Londonun həmin konfransa ev sahibliyi edəcəyi barədə söhbətlər dolaşır.

ABŞ dövlət katibi Con Kerri Suriyanın müvəqqəti hökumətində prezident Bəşar Əl-Əsədin yer almayacağını bildirərək, onu istefaya çağırıb.

Eyni zamanda Suriyada döyüşlər davam edir. Yerli Koordinasita Komitəsinin bildirdiyinə görə, Dəməşq və Homs şəhərlərində 22 adam həlak olub. Qızğın döyüşlər Hələb, Hama və Dəraa şəhərlərində də aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG